HƏMAS atəşkəs razılaşmasına ilkin razılıq verib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İlkin məlumatı Qətər Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edilib ki, Həmas Qəzzada qarşıdurmaların müvəqqəti dayandırılmasını və məhbusların mübadiləsini ehtiva edən atəşkəs razılaşmasına ilkin təsdiq verib.