Rusiya hərbi məmurlar da daxil olmaqla 18 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edibbackend

Rusiya hərbi məmurlar da daxil olmaqla 18 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi hərbi rəsmilər də daxil olmaqla 18 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyulduğunu bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Nazirlik İngiltərənin Rusiyaya qarşı siyasət yürütdüyünü və Ukraynaya silah göndərdiyini açıqlayıb.

Bu səbəbdən bəyanatda 18 Britaniya vətəndaşının Rusiyaya girişinə qadağa qoyulduğu və sözügedən adların yer aldığı siyahının dərc edildiyi bildirilib.

Siyahıya Britaniyanın hərbi və siyasi rəsmiləri, universitet və tədqiqat institutunun üzvləri daxil edilib.

Rusiya və Böyük Britaniya vaxtaşırı bir-birinin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir.