Şimali Koreya yeni “idarə edilə bilən mərmilər” və çoxsaylı raket buraxılış qurğuları üçün ballistik idarəetmə sistemi hazırladığını bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərində Şimali Koreya Müdafiə Elmləri Akademiyasının çoxlu raket buraxılış qurğuları üçün yeni “idarə oluna bilən güllələr” və ballistik idarəetmə sistemi hazırladığı bildirilib.
Sözügedən “240 millimetr çaplı idarə oluna bilən güllələr”in dəqiqliyi və üstünlüklərini qiymətləndirmək üçün ballistik nəzarət sınaq atışlarının da aparıldığı bildirilib.
Bildirilib ki, yeni hazırlanmış sistemlər Şimali Koreya ordusunun çoxsaylı reaktiv yaylım atəşi tutumunda keyfiyyət dəyişikliyi edəcək.
Bu sürətli texniki inkişaf sayəsində çoxsaylı reaktiv yaylım atəşinin strateji dəyərinin yenidən qiymətləndiriləcəyi və döyüş meydanındakı rolunun artacağına inanıldığı da bildirilib.