Çexiyadakı bir çox fermer ölkənin Slovakiya, Polşa və Almaniya ilə sərhədlərində həyata keçirilən intensiv nəzarətlərə, xüsusilə də Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətlərinə və İttifaq xaricindən məhsulların daha ucuz qiymətə idxalına reaksiya verib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Çex Fermerlər Palatası fermerlərin böyük şəhərlərdə, eləcə də ölkənin Slovakiya, Polşa və Almaniya ilə sərhədlərində 3 min traktor və kənd təsərrüfatı maşını ilə nümayişlər keçirdiklərini açıqlayıb.
Fermerlər ölkədəki kənd təsərrüfatında bürokratik əngəllərə və sıx nəzarətlərə, həmçinin Aİ-nin kənd təsərrüfatı siyasətlərinə və kənd təsərrüfatı məhsullarının İttifaq xaricindən daha ucuz idxalına reaksiya veriblər.
Fevralın 19-da paytaxt Praqada çoxlu fermerin iştirakı ilə etiraz aksiyası keçirilib.