Azərbaycandakı 8-9 min çayın 8 359-u kənd təsərrüfatı bitkilərinin suvarılma müddətində tez quruyan çaylardır və onların suyundan 10-15 % istifadə etmək olur.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev Bakı Su Həftəsi Konfransında (“Baku Water Week Conference”) bildirib.
O, həmçinin deyib ki, çay sularının 70 %-i qonşu ölkələrdən daxil olur, qalanı isə yerli sulardır.