Kuba ABŞ-ın Havanadakı səfirliyinə etiraz notası göndərərək, ölkədə ərzaq qıtlığı və elektrik enerjisinin kəsilməsi səbəbindən keçirilən nümayişlərlə bağlı hökuməti tənqid edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Kuba Xarici İşlər Nazirliyi ABŞ-ın Havanadakı səfirliyinin müvəqqəti işlər vəkili Benjamin Ziffin “müdaxiləçi şərhləri”nə görə ona etiraz notası göndərildiyini açıqlayıb.
Kuba xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio ABŞ-ın şərhlərini “Kubanın daxili işlərinə açıq-aşkar müdaxilə və hörmətsizlik” adlandırıb.
ABŞ-ın Kubaya qarşı illərdir tətbiq etdiyi sanksiyalara işarə edən Kossio, nümayişlərə səbəb olan problemlərdən ABŞ-ın da məsuliyyət daşıdığını bildirib.
Etirazçılar martın 17-də Santyaqo-de-Kubanın şərq əyalətində qida çatışmazlığı və 8 saatdan çox elektrik kəsilməsi səbəbindən nümayiş keçiriblər. ABŞ-ın Havanadakı səfirliyi ölkənin digər ştatlarında da nümayişlərin keçirildiyini açıqlayıb.