Gəncədə türkiyəli tələbələr arasında dava düşüb.
Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbəsi, Türkiyə vətəndaşı Bayer Kaan Ərmağan oğlu ali təhsil müəssisəsinin yataqxanasında aralarında yaranmış mübahisə zamanı 22 yaşlı həmyerlisi Ağır Hüseyn Harun oğlunun başının arxa hissəsinə mətbəx bıçağı ilə vurub.
Nəticədə A.H.Harun başın arxa nahiyəsinin çapılmış yarası xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.