Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan İnterpress.az-a verilən məlumata görə, cari il ərzində əməliyyat yolu ilə vətəndaşlardan bir ədəd avtomat və altı tüfəng aşkar edilərək götürülüb.
Profilaktik tədbirlər nəticəsində isə bir ədəd avtomat və 12 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.