Bərdədə canavarlar fərdi təsərrüfata hücum ediblər.
İnterpress.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Böyük Göyüşlü kəndində məskunlaşan məcburi köçkün Atəş Quliyevin fərdi təsərrüfatında qeydə alınıb.
Təsərrüfatda 30 baş xırdabuynuzlu heyvan olub. Yırtıcılar onlardan 10-nu parçalayıblar.
Qeyd edək ki, hadisə ilə bağlı əraziyə rayon baytarlıq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb ediliblər. Parçalanan heyvanlardan quduzluq əleyhinə nümunələr götürülüb. Tələf olan heyvanlar təsərrüfatdan kənarlaşdırılaraq basdırılıblar.