Ermənistanda sabah açılmalı olan oteldə iki əcnəbinin meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Kotayk vilayətinin Jrvej rayonunda hələ fəaliyyət göstərməyən “Hotel Տ27” mehmanxana kompleksinin otaqlarından birində döşəmə və çarpayıda iki kişinin meyitini aşkar ediblər.
Daha 2 nəfər təcili yardım maşını ilə qeyd olunan yerdən İrəvanın müxtəlif xəstəxanalarına aparılıb.
Faktla bağlı cinayət işi açılıb.
Saytın məlumatına görə, ölən və yaralananlar əcnəbidir və otel kompleksinin açılışı sabah baş tutmalı idi.
Xuraman Etibarlı
İnterpress.az