2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transvestit iştirak edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib.
Minima Geste ləqəbli transvestit yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarla daşıyacaq.
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bu xəbəri mənfi qarşılayıb, seçimdən narazı olduqlarını bildiriblər.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.