“Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər”.
İnterpress.az bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:
“Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününü elə Analar Günü kimi də qeyd edirik”.
B.Muradova qeyd edib ki, Azərbaycanda Analar Gününün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir:
“Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq”.