Terror aktından sonra ilk dəfə olaraq Putin və Rəhmon arasında telefon danışığı olub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, Crocus City Hall-da baş verən terror aktından sonra ilk dəfə olaraq Rusiya Federasiyası və Tacikistan prezidentləri Vladimir Putin və Emoməli Rəhmon arasında telefon danışığı olub.
Terror təhlükəsi ilə mübarizə və miqrasiya sahəsi müzakirə edilib.
“Tacikistandan olan miqrantlarla vəziyyəti gərginləşdirmək cəhdlərinin birgə qarşısı alınacaq və münasibətlərə xələl gətirməyəcəyinə” əminlik ifadə olunub.
Xuraman Etibarlı
İnterpress.az