Federasiya Şurası kişilərin idman zallarına getməsini QINADIbackend

Federasiya Şurası kişilərin idman zallarına getməsini QINADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiya Şurası ənənəvi dəyərlərə uyğun gəlmədiyi üçün kişilərin idman zallarına getməsini qınayıb.

interpress.az xəbər verir ki, bu barədə senator Olqa Kovitidi bildirib.

“Rusiya üçün hər kəsin öz rolunun olduğu ənənəvi ailə institutunu qorumaq çox vacibdir”, – o deyib.

Eyni zamanda, onun fikrincə, öz qayğısına qalan kişilər ənənəvi dəyərlərə uyğun gəlmir.

“Kişi işləməli, ailəyə pul gətirməlidir. Yadda saxlamalıdır ki, o, ilk növbədə çörək verəndir. Bu gün kişilərimiz haradadır? İdman zalında olurlar, bədənlərinin gözəlliyinə baxırlar. Bu gün, yəqin ki, gözəllik salonlarında qadınlardan daha çox kişi var”, – senator şikayətlənib.

Xuraman Etibarlı

İnterpress.az