Ermənistan təqsirləndirilən şəxsi Almaniyaya təhvil verib.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanın baş prokuroru Anna Vardapetyan Almaniya Federativ Respublikasının səlahiyyətli orqanının müraciətini təmin edib. Onlar təqsirləndirilən şəxsi Almaniya Federativ Respublikasının hakimiyyət orqanlarına təhvil verib.
Baş Prokurorluqdan verilən məlumata görə, A.M Almaniyanın səlahiyyətli orqanlarına təhvil verilib. O, qabaqcadan əlbir olaraq bir qrup şəxsin tərkibində banditizm törətməkdə təqsirləndirilir.
Xuraman Etibarlı
İnterpress.az