Əməkçi miqrantlardan Rusiyada fit çalmamaq və “qardaş” və ya “bacı” müraciətindən istifadə etməmək tələb olunacaq.
interpress.az xəbər verir ki, Rusiyada Milli İşlər üzrə Federal Agentlik (FADN) əcnəbilər üçün mühazirə şəklində uyğunlaşma kursu hazırlayıb.
Miqrantlara deyəcəklər ki, ölkədə öz dilində pıçıldaşmaq, küçədə namaz qılmaq, qurban kəsmək adət deyil, yəni olmaz.
Miqrantlar həmçinin öyrənəcəklər ki, rus qadınları kişilərlə bərabər hüquqlara malikdirlər, ənənəvi olaraq açıq-saçıq geyimlər geyinirlər və bu, qınanılmamalıdır.
Xuraman Etibarlı
İnterpress.az