Xəbər verdiyimiz kimi, dünən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo X səhifəsində Azərbaycana qarşı kampaniyaya başlamağa çağırış edib. O, Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edərək bütün dünya ermənilərinə məktub göndərib.
Ermənipərəst Okampo bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 Konfransını boykot etməyə çağırıb.
Okamponun ölkəmizə qarşı bu cür nifrət dolu çağırışının səbəblərini açıqlayan politoloq Əlimusa İbrahimov interpress.az-a şərhində maraqlı məqamlara toxunub.
O bildirib ki, Okampo bu çağırışı sayıqlamadır və kökündə ermənilərdən aldığı ianələr durur.
“Okampo yenə də sayaqlayır.
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo Azərbaycana qarşı fəaliyyətinə bir an belə fasilə vermir. Əlində olan bütün imkanlardan istifadə edərək bu bədnam prokuror yenə də Azərbaycana qarşı düşmənçilik missiyasını davam etdirir.
Belə ki, son günlər onun ermənilərə ünvanladığı məktub gündəmə gəlib. Məktub vasitəsi ilə Luis Moreno erməniləri noyabr ayında Bakıda keçiriləcək COP29 Konfransını baykot etməyə çağırıb.
Məktubda ermənilərə müraciət etməsinin əsil səbəbini açmazdan əvvəl o, ermənilərə xas olan yaltaqlanma fəndini işə salır və “Ermənilər, siz 1915-ci il soyqırımının külündən yenidən doğulanlarsınız. Bu gün dünya səhnəsində ədaləti və həqiqəti müdafiə etmək üçün unikal imkanınız var. Siz Azərbaycanı ifşa edə bilərsiniz”, deyərək müraciətinin əsil məğzini açıqlayır.
Ermənilərə yaltaqlanma yolunu tutması onun diaspora ianələrindən nə qədər asılı olduğunu büruzə verir. Keçmiş prokurorun cəh-cəh vurmasını və ermənilərə mədhiyyələr etməsinin əsil səbəbi də elə burada açılır.
Ortalığa çıxan budur ki, Azərbaycana qarşı mövqe tutmaqla beynəlxalq təşkilatlar qarşısında cddi nəticələrə nail olacağına söz verən keçmiş prokuror verdiyi sözü yerinə yetirə bilmədiyindən erməni diaspor təşkilatları qarşısında çox pis duruma düşüb və ondan aldığı pulun müqabilində lazım olan nəticəni əldə edə bilmədiklərini diqqətinə çatdırıblar.
Ona görə də Beynəlxalq hüquq sahəsində mütəxəssis olduğunu yaddn çıxarıb və sosial şəbəkələr sferasında ermənilərə xidmət etməyə başlayıb.
Keçmiş prokuror bununla özünə həm də əl yeri saxlayır ki, müəyyən müddətdən sonra ondan pulların geri istəyən ermənilərə deməyə söz tapa bilsin”, – siyasi şərhçi bildirib.
Ə.İbrahimov qeyd edib ki, Okamponun və onun kimilərinin niyyətləri baş tutmayacaq, sadəcə boşuna cəhd edirlər.
“Keçmiş prokuror etdiyi cəhdlərin nəticə verməyəcəyinin fərqindədir. Çünki Azərbaycana qarşı qaldırdığı iddianın necə uğursuz nəticələnməsi onun üçün bir növ dərs olmalı idi. Amma nə yazıq ki, vaxtında beynəlxalq cinayətkarlıqla mübarizə aparan prokurorun pula hərisliyi onu ermənilərlə birlikdə onların cinayətini ört-basdır etməyə məcbur edir.
Alınmayacaq Okampo! Boş yerə əziyyət çəkməyin!”, – politoloq vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az