VHP-nin Aparat rəhbəri Samir Əsədlinin namizədliyi qeydə alınıbbackend

VHP-nin Aparat rəhbəri Samir Əsədlinin namizədliyi qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini-Mərkəzi İcra Aparatı rəhbəri Samir Əsədlinin namizədliyi 75 saylı Yardımlı-Masallı seçki dairəsindən qeydə alınıb. 

Bununla bağlı VHP seçki qərargahından bildirilib ki, VHP sədrinin müavininin namizədliyi partiyanın Siyasi Şurası tərəfindən 11 iyul tarixində irəli sürülüb və namizədliyinin müdafiəsi üçün 500 imza toplanaraq DSK-ya təqdim edilib.

Samir Əsədli 1983-cü ildə Yardımlının Bilnə kəndində anadan olub. Orta məktəbi Qaradağ rayonunda bitirib və Bakı Dövlət Universitetinin məzunudur.

 

O, 2001-ci ildən VHP-nin üzvüdür. Partiyada Gənclər Təşkilatının sədri, Təşkilat Şöbəsinin müdiri və partiya sədrinin müşaviri olub. Dünya Azərbaycanlıları Konqresinin Daimi Katibliyinin rəhbəridir. O, 2023-cü ildə ABŞ Konqresinin dəstəyi ilə Vaşinqton şəhərində həyata keçirilən “Gənc liderlər ictimai fəaliyyətdə və idarəçilikdə” proqramı çərçivəsində “Gənc liderlər” kursunu bitirib. Türkiyə, Almaniya, İraq, Gürcüstan, İsveç, Belçika, Ukraynada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib.

S.Əsədli 2010-cu ildə 64 saylı Sabirabad kənd, 2015-ci ildə 11 saylı Qaradağ və 2020-ci ildə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub.