Ukraynalı rəssam könüllü olaraq sağlam ayağını AMPUTASİYA ETDİRDİ – FOTO/VİDEObackend

Ukraynalı rəssam könüllü olaraq sağlam ayağını AMPUTASİYA ETDİRDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı rəssam Nikita Kuşnir könüllü olaraq sağlam ayağını amputasiya etdirib.

İnterpress.az xəbər verir ki, Ukraynadan olan “rəssam” Nikita Kuşnir Polşada dizdən aşağı sağlam ayağın amputasiyasına nail olan ilk şəxs olub.

O, Ukrayna Silahlı Qüvvələrinin müharibədə əzalarını itirmiş əsgərlərə həmrəylik ifadə etmək qərarına gəlib. Kuşnir öz performansından ordu üçün 1 milyon avro qazanmağa ümid edirdi, lakin müalicə və əlillik üçün cəmi 3 min avro toplaya bilib.

Belə bir əməliyyatı həyata keçirmək üçün Nikita uzun müddət müxtəlif tibb mütəxəssislərinə baş çəkərək nadir bir psixoloji xəstəliyə sahib olduğunu sübut edib – “bədəninin bütövlüyünü qəbul edə bilməməsi”.

Qeyd edək ki, ABŞ-də da uzun müddətdir ki, oxşar əməliyyatlar həyata keçirilir. Amerikalılar öz bədənlərinin bütövlüyünü qəbul etməyərək, qəsdən özlərini sağlam qol və ayaqlarından məhrum edirlər. Hökumət psixopatik sapmaları dəstəkləyir.

Xuraman Etibarlı

İnterpress.az