İsrail yeni atəşkəs təklifini ABŞ-yə TƏQDİM ETDİ – ŞƏRTLƏRbackend

İsrail yeni atəşkəs təklifini ABŞ-yə TƏQDİM ETDİ – ŞƏRTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail son yeni atəşkəs təklifini ABŞ-yə təqdim edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Vesti” məlumat yayıb.

Müharibənin sonu demək olacaq İsrailin yeni planı belədir:

Sinuar da daxil olmaqla, HƏMAS liderlərinin xaricə təhlükəsiz səyahəti müqabilində bütün girovların dərhal azad edilməsi;

Fələstinli məhbusların azad edilməsi;

Qəzza zolağının demilitarizasiyası və anklavda yeni inzibati rəhbərliyin yaradılması.

İsrailin oğurlanmış və itkin düşmüş vətəndaşları üzrə koordinator bildirib ki, o, ötən həftə Vaşinqtona səfəri zamanı yeni təklifi amerikalı vasitəçilərə şəxsən çatdırıb.

Həmçinin qeyd edilir ki, yeni təkliflə bağlı məsələ Netanyahunun gələn həftə BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı qaldırıla bilər.

Xuraman Etibarlı

İnterpress.az