Husilərin ardınca İraqdakı iranpərəst qrup da “Hizbullah”a 100.000 döyüşçü göndərməyə hazır olduğunu açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İraq şiə qruplaşmasının baş katibi Kətaib Seyid əl-Şühəda Əl-Valai yazıb.
“Biz başlanğıc xəttindəyik və silahlarımızı qaldırmaq üçün siqnalınızı gözləyirik… Əgər min şəhid versəniz, sizə 100.000 qəhrəman verəcəyik”, – o, son günlər Livanda rabitə avadanlığının partlaması fonunda “Hizbullah” lideri Nəsrullaha mesaj göndərib.
O əlavə edib ki, qruplaşma “Hizbullah”a silah və pulla da dəstək verməyə hazırdır.
Xuraman Etibarlı
İnterpress.az