Rusiyalı aktyor qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, məhkəmə aktyor Aleksey Panini terrorizmə çağırış ittihamı ilə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edib.
Cinayət işinin başlanmasına səbəb Paninin Krım körpüsündə terror aktını dəstəklədiyi yazı olub.
Paninə 3 il müddətinə internetdə material yerləşdirmək də qadağan edilib.
Xuraman Etibarlı
İnterpress.az