İki min dollar maaşlı işdən İMTİNA: TikTok-suz İŞLƏMİRLƏR – VİDEObackend

İki min dollar maaşlı işdən İMTİNA: TikTok-suz İŞLƏMİRLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 2000 dollar maaşa çoban tapa bilmirlər. TikTok olmadan işləməkdən imtina edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin “tgrthaber” nəşri məlumat yayıb.

Çobanlar 70 min lirə (2 min dollar) maaşa, pulsuz yemək, içki, “iş paltarı” və mənzillə təmin olunmasına baxmayaraq, Tik Tok olmadan qoyun otarmaqdan imtina edirlər.

Onlar sürü sahiblərindən Tik Tok-a baxmaq üçün onlara ən azı 30 GB mobil internet ödəmələrini tələb edirlər.

Vəziyyət gülməli görünür, amma Elazığda sürü sahibləri bu şərtləri yerinə yetirmədən çoban tapa bilmirlər.

“Türkiyədə çoban böhranı var. İnsanlar hətta 2 min dollar maaş və internet olmadan bu vəzifəni tutmaqdan imtina edirlər.

Belə ki, Elazığda qoyun sahibləri çoban tapmaqda çətinlik çəkdiklərindən şikayətlənirlər. Aylıq 70 min türk lirəsi (2 min dollar) maaş və pulsuz yemək, içki, mənzil və geyim təklif etmələrinə baxmayaraq, bu vəzifəyə işçi tapmaq faktiki olaraq mümkün deyil.

Yerli sürü sahibi Nurettin Çelenk bir vaxtlar 500 qoyunu olduğunu, lakin çoban tapa bilmədiyi üçün heyvanlarının çoxunu satmaq məcburiyyətində qaldığını deyib. Çoban tapmayan Çelenk qalan heyvanlara özü baxır. O deyir ki, əvvəllər çobanlar borc istəyirdilər, indi isə internet tələb edirlər.

Onu da əlavə edək ki, 70 min lirə maaş Türkiyə üçün kifayət qədər yüksəkdir. Belə ki, məsələn, hüquqşünas orta hesabla 15-56 min lirə, müəllim isə 13-15 min lirə maaş alır. Prokurorun maaşı 40-45 min lirə, əczaçının maaşı isə 30-100 min lirədir”, – nəşr qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az