FƏTH-in Livandakı hərbi qanadının liderinin oğlu ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Livandan gələn xəbərlərə görə, FƏTH-in Livandakı hərbi qanadının lideri Həsən əl-Məqdənin oğlu Münir əl-Məqdə Sidon yaxınlığındakı Ayn əl-Halve adlı fələstinlilərin qaçqın düşərgəsinə endirilən zərbə nəticəsində həlak olub.
Həsən Əl-Məqdənin özünün taleyi hələlik məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az