ABŞ İvanişviliyə və onun ailə üzvlərinə qarşı sanksiya TƏTBİQ ETMƏYİB – FOTObackend

ABŞ İvanişviliyə və onun ailə üzvlərinə qarşı sanksiya TƏTBİQ ETMƏYİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İvanişviliyə və onun ailə üzvlərinə qarşı sanksiya tətbiq etməyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Gürcüstan xidmətinə ABŞ-ın Tbilisidəki səfirliyindən məlumat verilib.

Bildirilir ki, ABŞ Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişviliyə və onun ailə üzvlərinə qarşı sanksiya tətbiq etməyib.

“ABŞ Maliyyə Nazirliyi bütün maliyyə sanksiyalarını açıqlayacaq”, – diplomatik departament bildirib.

Xatırladaq ki, oktyabrın 2-də Gürcüstanın müxalif “Formula” telekanalı İvanişvilinin xaricdə yaşayan uşaqlarının bank hesablarına girişin məhdudlaşdırıldığını bildirib.

Qeyd olunub ki, bu cür tədbirlər ABŞ Maliyyə Nazirliyi və ya ABŞ Dövlət Departamenti tərəfindən maliyyə institutlarına verilən etibarlı məlumatlar əsasında həyata keçirilir.

Xuraman Etibarlı

İnterpress.az