Abxaziya parlamenti Rusiya ilə sazişin ratifikasiyasının ƏLEYHİNƏ SƏS VERDİbackend

Abxaziya parlamenti Rusiya ilə sazişin ratifikasiyasının ƏLEYHİNƏ SƏS VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abxaziya parlamenti Rusiya ilə investisiya sazişinin ratifikasiyasının əleyhinə səs verib.

İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilir ki, Abxaziya parlamenti müxalifətin etirazına səbəb olan Rusiya ilə investisiya sazişinin ratifikasiyasının əleyhinə səs verib.

Noyabrda bu məsələnin respublika parlamentində səsverməyə çıxarılması müxalifətin kütləvi etirazlarına səbəb oldu.

Onların fonunda Abxaziya prezidenti Aslan Bjaniya istefa verməyə razılaşıb, dövlət başçısının səlahiyyətlərini vitse-prezident Badra Qunba yerinə yetirir.

Bundan əvvəl bildirilmişdi ki, Abxaziya parlamenti Zaqafqaziya respublikasında növbədənkənar prezident seçkilərini 2025-ci il fevralın 15-nə təyin edib.

Xuraman Etibarlı

İnterpress.az