Ukrayna NATO-ya üzv olmadan təhlükəsizlik zəmanəti ala bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Foreign Affairs” yazıb. Bildirilir ki, Ukrayna NATO-ya üzv olmadan təhlükəsizlik zəmanəti ala bilər.
Nəşrin yazdığına görə, alternativlər təklif olunur: Cənubi Koreya və İsrailə münasibətdə qüvvədə olanlara bənzər ABŞ-dən təhlükəsizlik zəmanətləri və ya Ukraynanın Aİ-yə qoşulması və bu, qarşılıqlı yardım bəndinə uyğun olaraq onu müdafiə ilə təmin edəcək.
Təhlükəsizliyə təminat verildiyi halda, Ukrayna diqqətini hərbiləşdirmədən daha çox iqtisadi inkişafa yönəldə biləcək.
Xuraman Etibarlı
İnterpress.az