İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti (Şabak) Qəzza zolağında genişmiqyaslı əməliyyat keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü bildirib.
O deyib ki, İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti (Şabak) Qəzza zolağında genişmiqyaslı əməliyyat keçirib. Ötən gecə İsrail Hərbi Hava Qüvvələri HƏMAS və “İslami Cihad”la əlaqəli onlarla hədəfə hücum edib.
Daraj Tupah ərazisində əvvəllər məktəb kimi istifadə edilən komanda kompleksində yerləşən “yüksək rütbəli terrorçu” məqsədli şəkildə məhv edilib. Bu obyekt İsrailə qarşı hücumların planlaşdırılması və əlaqələndirilməsinə xidmət edirdi.
Ümumilikdə, təqribən 50 obyekt, o cümlədən silah anbarları, yeraltı infrastruktur, tank əleyhinə mövqelər və HƏMAS hərbi binaları dağıdılıb.
Xuraman Etibarlı
İnterpress.az