“ŞANSLI” OĞRU – 150 dəfə tutulan cibgir HƏBS OLUNA BİLMƏZbackend

“ŞANSLI” OĞRU – 150 dəfə tutulan cibgir HƏBS OLUNA BİLMƏZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada cibgir qadın 150-ci dəfə tutulub, lakin yenə də həbsdən yayınıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Giornale” qəzeti məlumat yayıb. Bildirilir ki, İtaliyada xorvat cibgir 150-ci dəfə tutulub, lakin əvvəlki kimi yenə də həbsdən yayınıb. Çoxsaylı hamiləlikləri ona bu işdə kömək edir.

Xorvatiyalı miqrant Anya Zahiroviç uzun müddətdir ki, kriminal karyerası ilə “məşhur” olub. Romada, Milanda və bir sıra digər şəhərlərdə oğurluqlara görə onun çəkə biləcəyi ümumi həbs müddəti artıq 30 ilə çatıb.

Bu gün qaraçı düşərgəsində yaşayan qadının artıq 10 uşağı var. O, bu yaxınlarda Argentinadan olan bir turistdən pul kisəsini oğurlamağa cəhd edərkən yenidən tutulub.

Amma qadın hakimə 4 aylıq hamilə olduğunu deyib. Sonda ona ev dustaqlığı belə verilməyib. Ona hər gün ədliyyə polisinə məlumat vermək tapşırıldı və 8 aylıq həbs cəzasına məhkum edildikdən dərhal sonra sərbəst buraxılıb.

Xuraman Etibarlı

İnterpress.az