ARVI olan bir şəxs 22 nəfəri yoluxdura bilər – İnfeksionistbackend

 ARVI olan bir şəxs 22 nəfəri yoluxdura bilər – İnfeksionist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ARVI olan bir şəxs orta hesabla 22 nəfəri yoluxdura bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin eksperti Çulanov bildirib.

İnfeksionist Çulanov bildirib ki, ARVI –  kəskin tənəffüslü virus infeksiyası olan bir insan daha 22 nəfəri yoluxdura bilər.

“Bu mövsüm qripə yoluxma hallarının artması əvvəlki üç mövsümlə müqayisədə xeyli gec başlayıb.

Orta hesabla, xəstə bir insan patogendən asılı olaraq 22 nəfərə qədər yoluxdura bilər. Bu dəyər müxtəlif amillərdən asılı olaraq dəyişə bilər: təmasların sayı, otaqda rütubət, ventilyasiya, simptomların olması, xəstəlik dövrü və infeksiya mənbəyinin təcrid şərtləri”, – həkim vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az