Husilər gəmilərə hücum etməyəcəklərini VƏD ETDİLƏRbackend

Husilər gəmilərə hücum etməyəcəklərini VƏD ETDİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husilər bir daha gəmilərə hücum etməyəcəklərini vəd ediblər.

İnterpress.az xəbər verir ki, Yəmənin Husilər hərəkatı Qəzzada atəşkəsdən sonra Qırmızı dənizdə gəmilərə hücumu dayandıracağını açıqlayıb. Lakin Husilər Təl-Əviv Qəzza zolağında atəşkəs razılaşmasının bütün mərhələlərini yerinə yetirənə qədər İsraillə əlaqəli gəmilərə hücum etməyə davam edəcək.

Qərar Qırmızı dənizdə gəmiçiliyi və gəmilərin Süveyş kanalı və Bab əl-Məndeb boğazından keçidini bərpa edə bilər. Bütün dünya ticarətinin 15%-ə qədəri bu sulardan keçir.

Husilərin hücumları Süveyş üzərindən daşımaları ciddi şəkildə pozub, logistika şirkətlərini Afrika ətrafında getməyə məcbur edib. Bu da xərcləri və Çindən Avropaya gedən ümumi marşrutu demək olar ki, iki dəfə artırıb.

Xuraman Etibarlı

İnterpress.az