Yaponiyanın baş naziri üzr istəməyə MƏCBUR OLDUbackend

Yaponiyanın baş naziri üzr istəməyə MƏCBUR OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri üzr istəməyə məcbur olub.

İnterpress.az xəbər verir ki, bu barədə yapon mediası məlumat yayıb.

Bildirilir ki, Yaponiyanın baş naziri Şiqeru İşiba Yapon nüvə tullantılarının Kuril adalarında basdırılması ideyasını “cəlbedici” hesab edən rəsmilərə görə üzr istəməyə məcbur olub.

Bu yaxınlarda Yaponiyada keçirilən simpoziumda iştirak edənlər adaların Rusiyaya “geri qaytarılması” və orada radioaktiv “dəfn yerlərinin” yaradılması ideyasından, o cümlədən “Rusiyanın payı”ndan danışıblar.

Baş nazir İşiba bundan sonra üzr istəməyə məcbur olub: “Bilmirəm, bu, qəsdən olub, ya yox, amma burada əxlaqsızlıq, təkəbbür var idi”.

Xuraman Etibarlı

İnterpress.az