Pijama cinsi istəyi öldürür və arıqlamanın qarşısını alır.
İnterpress.az xəbər verir ki, bununla bağlı elm adamları araşdırma aparıb.
Alimlər müəyyən ediblər ki, çılpaq yatmağa üstünlük verən cütlüklər pijama geyinənlərə nisbətən özlərini daha xoşbəxt hiss edirlər.
Məsələ ondadır ki, çılpaq yatmaq hormonal səviyyələri normallaşdırmağa kömək edir, maddələr mübadiləsini sürətləndirir və stress səviyyəsini azaldır.
Yuxu zamanı geyim bədənin düzgün istirahətinə mane ola bilər, həddindən artıq istiyə səbəb olur, bu da maddələr mübadiləsinə və bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.
Pijamalardan imtina etmək nəinki əlaqələri gücləndirir, həm də sağlam və incə qalmağa kömək edir.
Xuraman Etibarlı
İnterpress.az