Regionları əhatə edən intellektual turnirin qalibləri bəlli olub – FOTOLARbackend

Regionları əhatə edən intellektual turnirin qalibləri bəlli olub – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclərin İnkişaf və Karyera Mərkəzi və “3sual.az” intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə fevral-mart aylarında region gəncləri üçün keçirilən intellektual turnir başa çatıb. “Bilik arenası” çərçivəsində təşkil edilən turnir “Konstitusiya və Suverenlik İli”nə həsr olunaraq gənclərin hüquqi biliklərinin və analitik düşüncə bacarıqlarının inkişafına töhfə verməyi hədəfləyib.

Lənkəran, Quba, Göyçay, Hacıqabul, İsmayıllı və Qazaxdan olan gənclərin iştirakı ilə baş tutan turnir iki mərhələdən ibarət olub. “Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda hər komandada 14-29 yaş arası 6 oyunçu iştirak edib.

Yekunda ümumi turnir cədvəlinə əsasən, 49 komanda və 294 iştirakçı arasından Lənkəran şəhərinin “Ceteris Paribus” komandası 118 xalla I yer, Hacıqabul rayonunun “Xudmani” komandası 116 xalla  II yer, Quba rayonunun “Yurd” komandası isə 110 xalla III yerdə qərarlaşıb.

Qalib komandalar kubok, medal, diplomlarla mükafatlandırılacaq.

İntellektual mühitin gücləndirilməsi və xüsusilə region gənclərinin elmi biliklərə marağının artırılması istiqamətində layihələrin icrası davam etdiriləcək.