Azərbaycanın XİN başçısı deyib ki, bu gün Gürcüstandan keçən layihələrin hamısı qlobal xarakter daşıyır: \”Biz hər zaman bütün ölkələrlə, o cümlədən Cənubi Qafqaz ölkələri ilə normal əməkdaşlıq qurmaqda maraqlı olmuşuq.
Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti bu yolla getmək istəmir. Mən inanıram ki, gec-tez bu məsələ həll olunacaq, Ermənistanda hakimiyyətə elə adamlar gələcək ki, onlar öz ölkəsinin maraqları naminə qonşularla normal əlaqələr quracaqlar, regional layihələrə qatılmaq üçün normal şərait yaradacaqlar\”.
İnterpress.az