Uitkoff Moskvaya gedir: Görüşdən nə gözlənilir? – ŞƏRHbackend

Uitkoff Moskvaya gedir: Görüşdən nə gözlənilir? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun gələn həftə Moskvaya səfəri planlaşdırılır. Bununla əlaqədar tərəflər arasında ilkin razılıq əldə olunub. Belə ki, bir neçə gün əvvəl səfərin təxirə salınması ilə bağlı şayiələr yayılsa da, səfərin gələn həftə olacağı gözlənilir.

Mövzunu İnterpress.az-a şərh edən siyasi ekspert Dərya Abdullayeva bildirib ki, görüşdən hansısa kpnkret nəticənin əldə olunmasına ümidlər zəifdir.

“Uitkoff ilə Vladimir Putinin görüşü baş tutacaq.  Ukrayna işlərinə aidiyyəti olan bir sıra administrasiya nümayəndələri də Moskvaya səfər edəcək.

Nəzərdə tutulan görüşdə konkret nəticələrin əldə olunması bir o qədər də mümkün deyil.  Bunun bir neçə əsas səbəbi var. Ən əsası Rusiya və Ukrayna arasında münaqişəli vəziyyətə son qoyulmasını nəzərdə tutan bu sənəd Rusiyanın  maraqlarına xidmət edir. Buna görə də Rusiya tərəfi Uitkoffun irəli sürdüyü müqavilə təklifini açıq şəkildə dəstəkləyir və reallaşması istiqamətində addımlar atır”, – ekspert vurğulayıb.

D.Abdullayeva əlavə edib ki, Uitkoffun yazılı şəkildə Moskvaya müzakirə üçün apardığı “sülh planı” faktiki olaraq Ukraynanın kapitulyasiyası deməkdir.

Uitkoffun fəaliyyətinə nəzər salsaq görərik ki, Rusiya–ABŞ münasibətlərinin möhkəmləndirilməsinə çalışır. Bu da ölkə daxilində ona qarşı narazılıqların artmasına səbəb olur, xüsusilə Konqresdəki Respublikaçılar Partiyasının bir qrupu Uitkofun vəzifədən uzaqlaşdırılmasını tələb edir. Respublikaçı siyasətçilər onu Trampı Rusiyanın şərtlərini qəbul etməyə sövq edən siyasi fiqur kimi təqdim edirlər.

28 bəndlik planın mahiyyəti Rusiyanın əvvəllər də irəli sürdüyü tələblərin yazılı şəklə salınmasıdır. Ukrayna xalqı da bununla heç cür barışa bilmir. Bildiyimiz kimi 28 bəndlik sülh müqaviləsinin qəbul edilməsi faktiki olaraq Ukraynanın kapitulyasiyası olaraq qiymətləndirilir”, – siyasi şərhçi qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az