Cəlilabadda əmi qardaşı uşaqlarını baltalayıbbackend

Cəlilabadda əmi qardaşı uşaqlarını baltalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda əmi qardaşı uşaqlarına kəsici-deşici alətlə xəsarət yetirib.

Hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində qeydə alınıb.

Şəxsi münasibətlər zəminində yaxın qohumlar arasında mübahisə yaranıb. Mübahisə nəticəsində əmi yeniyetmə qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib. Onlar 2012-ci il təvəllüdlü Nagıyev Hüseyn Musa oğlu, 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yeniyetmələrin vəziyyətlərinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən əmi, Dağıstandan yenicə qayıdıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı deyilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir.