Yüngülmühərrikli təyyarə QƏZAYA UĞRADI: 3 kursant HƏLAK OLDUbackend

Yüngülmühərrikli təyyarə QƏZAYA UĞRADI: 3 kursant HƏLAK OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orskda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Orsk şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində faciə baş verib.

Təyyarə Canatalap qəsəbəsi ərazisində yerə düşüb.

Məlumata görə, qəza nəticəsində göyərtədə olan 3 kursant həyatını itirib.

Təyyarədə Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin kursantlarının və pilotun olduğu bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər çalışır, qəzanın başvermə səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az