Qırmızı meydanı partlatmaq və Lenini yandırmaqla hədələyən qadın 4 il HƏBS CƏZASI ALDI – VİDEObackend

Qırmızı meydanı partlatmaq və Lenini yandırmaqla hədələyən qadın 4 il HƏBS CƏZASI ALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı meydanı partlatmaq və Lenini yandırmaqla hədələyən qadına ağır cəza verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Moskva məhkəməsi məlumat yayıb.

Rusiyada Qırmızı meydanı partlatmaq və Lenin mavzoleyini yandırmaqla hədələyən qadın 4 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına görə, O.N. Fedosova adlı şəxs sərxoş vəziyyətdə “112” təcili xidmət nömrəsinə beş dəfə zəng edərək əlində “yarım kiloqram dinamit” olduğunu iddia edib.

Qadın təhdidləri zamanı Moskvanın mərkəzi meydanını havaya uçuracağını və Lenini yandıracağını bildirib.

Saxlanıldıqdan sonra o, bu hərəkəti içki yoldaşları qarşısında özünü göstərmək və “nə qədər cəsarətli” olduğunu sübut etmək üçün etdiyini etiraf edib.

Polis tərəfindən aparılan yoxlamalar zamanı qadının üzərində və yaşayış yerində heç bir partlayıcı qurğu və ya maddə aşkar edilməyib.

Məhkəmə onun hərəkətlərini terror aktı barədə bilərəkdən yalan məlumat vermə kimi qiymətləndirərək barəsində həbs qərarı çıxarıb.

Xuraman Etibarlı

İnterpress.az