İnanılmaz HADİSƏ: 10-cu mərtəbədən yıxılan məktəbli qız gözəllik salonuna GETDİbackend

İnanılmaz HADİSƏ: 10-cu mərtəbədən yıxılan məktəbli qız gözəllik salonuna GETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 10-cu mərtəbədən yıxılan məktəbli qız sağ qalıb və gözəllik salonuna gedib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvada 16 yaşlı qız 10-cu mərtəbədən yıxılaraq sağ qalıb.

Məlumata görə, yeniyetmə qız binanın qarşısındakı nəhəng qar yığınının üzərinə düşüb.

Möcüzə nəticəsində sağ qalan qız ayağa qalxaraq həmin binanın birinci mərtəbəsində yerləşən gözəllik salonuna daxil olub.

Salonun əməkdaşları dərhal təcili yardım xidmətinə və qızın valideynlərinə xəbər veriblər.

Valideynlər bir neçə dəqiqə sonra hadisə yerinə gəliblər.

Hazırda yeniyetmənin vəziyyəti və hadisənin təfərrüatları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az