Şirlə zarafat edən gənc yırtıcının hücumuna MƏRUZ QALDI – VİDEObackend

Şirlə zarafat edən gənc yırtıcının hücumuna MƏRUZ QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda şirlə zarafat edən gənc yırtıcının hücumuna məruz qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Dağıstanda şiri əsəbiləşdirən və onunla oynamağa çalışan gənc oğlan yırtıcının hücumuna məruz qalıb.

Hadisə gənc oğlanın qardaşı ilə birlikdə mağazaya getdiyi vaxt baş verib.

Onlar yolda gedərkən yanında şir olan bir kişi ilə rastlaşıblar. “Cəsur” gənc heyvanların şahı ilə zarafat etmək, onu qıcıqlandırmaq qərarına gəlib.

Lakin bu hərəkət yırtıcının xoşuna gəlməyib və o, dərhal gəncə hücum edərək ona xəsarət yetirib. Hadisənin təfərrüatları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az