Aleksey Navalnının öldüyü həbsxananın rəisi İSTEFA VERDİbackend

Aleksey Navalnının öldüyü həbsxananın rəisi İSTEFA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksey Navalnının öldüyü həbsxananın rəisi istefa verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyalı müxalifətçi Aleksey Navalnının vəfat etdiyi 3 nömrəli islah koloniyasının (İK-3) rəisi vəzifəsindən gedib.

Məlumata görə, 2021-ci ildən sözügedən müəssisəyə rəhbərlik edən Kalinin istefa verib.

Artıq həbsxanaya yeni rəis təyin edilib. İK-3-ün yeni rəhbəri polkovnik İqor Miqanoviç olub.

Sabiq rəisin işdən ayrılmasının konkret səbəbləri barədə rəsmi məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az