Bakıda liseydə müəlliməsini güllələyən şagird saxlanılıb – YENİLƏNİBbackend

Bakıda liseydə müəlliməsini güllələyən şagird saxlanılıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi “İdrak” liseyində şagirdin müəllimini güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

10:34

Bakıda liseydə şagird müəllimini güllələyib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib.

Məlumata görə, 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Qeyd edək ki, xəbəri ilk olaraq “unikal.az” saytı yayıb.