Məhkum edilmiş erməni arxiyepiskop AİHM-ə şikayət edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ermənistan KİV-ləri” məlumat yayıb.
Erməni Həvari Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, 2 il müddətinə azadlıqdan məhrum edilmiş arxiyepiskop Mikael Acapaxyan vəkilləri vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət ünvanlayıb.
Şikayət Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən zəmanət verilən hüquqların pozulması faktları ilə əlaqədar təqdim olunub.
Vəkillərin sözlərinə görə, məhkəmə prosesi və çıxarılan hökm zamanı müvəkkillərinin fundamental hüquqları kobud şəkildə pozulub.
İndi arxiyepiskop Avropa məkanında öz hüquqlarının bərpa olunmasını tələb edir.
Xuraman Etibarlı
İnterpress.az






