Alov şousu faciə ilə BİTDİ: Gəncin üzü ciddi şəkildə YANDI – VİDEObackend

Alov şousu faciə ilə BİTDİ: Gəncin üzü ciddi şəkildə YANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda bir kişi alov tamaşası zamanı üzünü yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Pakistanda təhlükəli performans zamanı qorxulu anlar yaşanıb. Bir gənc atəşlə bağlı şou göstərərərkən alovun qurbanı olub.

Məlumata görə, o, ətrafdakı yoldaşlarını təəccübləndirmək və onlarda təəssürat yaratmaq üçün riskli hərəkətlər edib.

Lakin nümayiş başladıqdan cəmi bir neçə saniyə sonra alov qəfil nəzarətdən çıxaraq onun üzünə keçib.

Hadisə şahidlərinin müdaxiləsi vəziyyəti xilas etməyə yetməyib.

Ərazidə olan insanlar təşviş içində alovu söndürməyə çalışsalar da, bu nizamsız cəhdlər xilasetmə əməliyyatından çox, şounun bir hissəsinə bənzəyib.

Yaralı şəxsin sonrakı vəziyyəti barədə məlumat verilmir.

Xuraman Etibarlı

İnterpress.az