Sankt-Peterburqda idman zalında gənci “tok” vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Sankt-Peterburqda məşhur “DDX” fitnes klubunda bədbəxt hadisə baş verib.
Məlumata görə, idman zalının müştərisi qaçış aparatında məşq edərkən qəfildən elektrik cərəyanının hədəfinə çevrilib.
Hadisə dərhal məşqçinin müdaxiləsi sayəsində faciəsiz ötüşüb. Məşqçi zərərçəkmişi xilas etməyə çalışaraq dərhal təcili yardım çağırıb.
Həkimlər müayinə zamanı gəncin ayaqlarında, xüsusən də baldır əzələlərində şiddətli qıcolmalar olduğunu təsdiqləyiblər.
Zərərçəkmiş idmançının güclü ağrılar səbəbindən sərbəst hərəkət edə bilmədiyi bildirilir. Xoşbəxtlikdən bədənində ciddi yanıq izləri qalmayıb.
İdmançı daha sonra müstəqil şəkildə xəstəxanaya müraciət edərək müalicəsini davam etdirib.
Xuraman Etibarlı
İnterpress.az






