Uşaq anasının çayına CIVƏ TÖKDÜ – Qadın xəstəxanaya YERLƏŞDİRİLDİbackend

Uşaq anasının çayına CIVƏ TÖKDÜ – Qadın xəstəxanaya YERLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Podmoskovyedə uşaq anasının çayına civə töküb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Moskva vilayətində (Podmoskovye) azyaşlı uşağın ehtiyatsızlığı və qorxusu ailə faciəsinə səbəb olub.

Məlumata görə, uşaq evdə olan termometri sındırıb. Etdiyi səhvin üstünün açılacağından və cəzalanacağından qorxan uşaq, izi itirmək məqsədilə dərəcəölçənin içindəki civəni anasının çay stəkanına boşaldıb.

Çayı içən 45 yaşlı qadının vəziyyəti qəfildən pisləşib. O, kəskin zəhərlənmə əlamətləri ilə dərhal xəstəxanaya çatdırılıb. \

Həkimlər zərərçəkmişin vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda qadın tibbi nəzarət altındadır və müalicəsi davam etdirilir.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az