Magistral su kəməri PARTLADI, binanın damı ÇÖKDÜ – Braziliyadan ŞOK GÖRÜNTÜLƏR – VİDEObackend

Magistral su kəməri PARTLADI, binanın damı ÇÖKDÜ – Braziliyadan ŞOK GÖRÜNTÜLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rio-de-Janeyroda magistral su kəməri partlayıb, onlarla avtomobil zədələnib, binanın damı uçub.

İnterpress.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində magistral su təchizatı borusunun partlaması nəticəsində şəhər küçələrində güclü su axınları yaranıb.

Suyun nəhəng təzyiqi onlarla avtomobilə ciddi ziyan vurub, bəzi nəqliyyat vasitələri axının gücü ilə sürünərək yararsız hala düşüb.

Hadisə o qədər şiddətli olub ki, yaxınlıqda yerləşən binalardan birinin dam örtüyü suyun vurduğu zərbəyə dözməyərək uçub.

Hazırda hadisə yerində qəza xidmətləri və bərpa briqadaları fəaliyyət göstərir. Sakinlərə dəymiş ziyanın miqyası araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az