Rusiya idman dünyasında ŞOK QƏTL: Federasiyanın eks-prezidenti ÖLDÜRÜLDÜ – FOTObackend

Rusiya idman dünyasında ŞOK QƏTL: Federasiyanın eks-prezidenti ÖLDÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Rusiya Yüngül Atletika Federasiyasının prezidenti oğlu tərəfindən qətlə yetirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvada qanlı ailə dramı baş verib. Rusiya Yüngül Atletika Federasiyasının prezidenti Valentin Balaxniçev öz oğlu tərəfindən öldürülüb.

Məlumata görə, hadisəni törədən 48 yaşlı Aleksandr sərxoş vəziyyətdə atası ilə mübahisə edib. Münaqişə zamanı o, Valentin Balaxniçevin bud nahiyəsinə bıçaqla bir zərbə endirib.

Zərbə nəticəsində arteriya damarı zədələndiyi üçün güclü qanaxma başlayıb. Yaşlı kişi aldığı ölümcül xəsarətdən hadisə yerindəcə keçinib.

Bildirilir ki, Aleksandr atası ilə birlikdə eyni idman mərkəzində çalışırmış. Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az