Amerikalı ailə Ukraynada ölən hərbçiyə görə Rusiyadan TƏZMİNAT İSTƏYİRbackend

Amerikalı ailə Ukraynada ölən hərbçiyə görə Rusiyadan TƏZMİNAT İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da öldürülən Ukrayna hərbçisinə görə Rusiyadan 20 milyon dollar təzminat tələb olunur.

İnterpress.az xəbər verir ki, bu barədə “Izvestiya” nəşri məhkəmə materiallarına istinadən məlumat yayıb.

ABŞ vətəndaşları Tatyana və Brett Kimberlin Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Andrey Raçokun ölümünə görə Rusiya Federasiyasını məhkəməyə veriblər.

İddiaçılar Raçokun Avdeyevka yaxınlığında gedən döyüşlər zamanı həlak olduğunu bildiriblər.

Kimberlin cütlüyü Andrey Raçoku vaxtilə övladlığa götürdüklərini iddia edirlər.

Onlar mənəvi və maddi zərərə görə Rusiyadan 20 milyon dollar (təxminən 34 000 000 manat) məbləğində kompensasiya tələb edirlər.

Hazırda işlə bağlı hüquqi prosedurlar davam edir.

Xuraman Etibarlı

İnterpress.az